The Weeknd

The Weeknd
The Weeknd 2021-ci ildə
The Weeknd 2021-ci ildə
Ümumi məlumatlar
Doğum adı Abel Makkonen Tesfaye[7]
Ləqəbləri The Noise, Kin Kane[1]
Doğum tarixi 16 fevral 1990(1990-02-16)[2] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], musiqi prodüseri, aktyor, iş adamı, söz yazıçısı[d]
Fəaliyyət illəri 2009-cu ildən
Janrlar alternativ R&B[d][10], pop musiqisi[10], müasir R&B[d], hip-hop[d], yeni dalğa
Musiqi alətləri piano, klavişli alət[d], bas-gitara, gitara, zərb qurğusu[d]
Albom şirkətləri Republic Records, XO[d]
Təhsili
  • Birchmount Park Collegiate Institute[d],
  • West Hill Collegiate Institute[d]
İmzanın şəkli
theweeknd.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Weeknd (əsl adı: Eybel Makkonen Tesfaye; 16 fevral 1990[2], Toronto, Ontario, Kanada[8]) Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir, o, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir.[11] O, dörd "Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır, bundan əlavə o, "Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub.

Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildə YouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis etdi, çox keçməmiş "House of Balloons", "Thursday" və "Echoes of Silence" adlı müasir pop və alternativ R&B janrı ilə diqqət çəkən miksteyplər yayımladı.[12] 2012-ci ildə Republic Records ilə müqavilə bağladıqdan sonra o "Trilogy" adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu "Kiss Land" 2013-cü ildə işıq üzü gördü və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşdı. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatına layiq görüldü və "Oskar" mükafatına namizəd oldu.[13]

Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidi bəyənmə ilə qarşılandı. Albom ABŞ-da bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı, hit-paradlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri "Qremmi" mükafatına layiq görüldü.[14] Onun trap janrlı üçüncü albomu "Starboy" əvvəlki buraxılışları kimi dinləyicilərin rəğbətini qazandı, "Die For You" və albomun adını daşıyan mahnısı ona "Qremmi" qazandırdı.

  1. Marsh, Calum. "Everything We Know About The Weeknd Before He Blew Up". Complex. February 16, 2021. March 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2023. He apparently also recorded music under the names The Noise and Kin Kane.
  2. 1 2 Bauer P. the Weeknd // Encyclopædia Britannica (ing.).
  3. 1 2 McDonald S. N. Kylie Jenner and Bella Hadid are 18. Their boyfriends are 25. Why do their relationships elicit such different reactions? (ing.). // The Washington Post / S. Buzbee Washington: Fred Ryan, 2015. ISSN 0190-8286; 2641-9599
  4. 1 2 Harrison L. Bella Hadid and The Weeknd Break Up (ing.). // E! Online 2016.
  5. 1 2 Dupre E. The Weeknd Celebrates Bella Hadid's Birthday by Sharing Never-Before-Seen PDA Photos (ing.). // E! Online 2018.
  6. 1 2 Bailey A. Why Bella Hadid And The Weeknd Reportedly Broke Up For The Second Time (ing.). // Elle / F. Santucci Hachette, Lagardère Group, 2019. ISSN 0935-462X; 0013-6298
  7. Sex, Drugs and R&B: Inside The Weeknd's Dark Twisted Fantasy (ing.). // Rolling Stone / J. Wenner NYC: Jann Wenner, 2015. ISSN 0035-791X
  8. 1 2 The Weeknd // AllMusic (ing.). 1991.
  9. 1 2 Bauer P., Bell A. The Weeknd // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  10. 1 2 Kellman A. The Weeknd // (unspecified title).
  11. Eells, Josh. "Sex, Drugs and R&B: Inside The Weeknd's Dark Twisted Fantasy". Rolling Stone. October 21, 2015. June 15, 2018 tarixində arxivləşdirilib.
  12. "House of Balloons – The Weeknd". Metacritic. January 7, 2021 tarixində arxivləşdirilib.
  13. Cox, Jamieson. "Watch The Weeknd reenact the "Earned It" video on the Oscar stage". The Verge (ingilis). February 28, 2016. April 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2021.
  14. "59th Annual GRAMMY Awards". 59th Annual Grammy Awards. November 28, 2017. January 31, 2018 tarixində arxivləşdirilib.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search